"Memeoirs" saytı köhnə elektron məktubları toplayaraq, kitab şəklində sizə göndərəcək. Bunun üçün "Memeoirs"-dən Facebook hesabınıza daxil olaraq istədiyiniz insanla yazışmanızı seçib kitabı sifariş verməlisiniz. Kitab hazır olanda sayt onun görünüşünü e-mail ünvanınıza göndərir. Növbəti mərhələdə kitabın ön və arxa üz qabıqlarını seçib, sifarişi tamamlayırsınız.

Facebook yazışmalarınız kitab ola bilər
Instagram fotolarını kitaba çevirən bir çox saytlar fəaliyyət göstərsə də, yazışmaları "ölümsüzləşdirmək" üçün yaradılmış "Memeoirs" saytı bu xidməti göstərən hələ ki, ilk və yeganə saytdır.

Mənbə:http://www.buro247.az/media/internet/facebook-yaz-malar-n-z-kitab-ola-bil-r.html