Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi başqalarının kədəri də bizim ürəklərimizə düşəndə çıxardığı səslə bizə insanlığımızın dərəcəsini öyrədir.
Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər.
Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir.
Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş...
Gizli rüzgarlar var ki, insan onlara qapılanda yolunun necə dəyişdiyini, getdikcə yolundan uzaqlaşdığının fərqinə varmır. Ta ki başqa sahillərdə özünü görməyənə qədər.
Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub.
Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir.
Haqsızlığa, təhqirə qoyun kimi dözməmək insanlığın başlanğıcıdır.
İnsan sevmək fəlakətinə düşdüsə, əsir kimi bir şey olur.
Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar?
Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır.
Mənzərələr, xatirələr, çöhrələr insandan uzaqlaşanda gözəlləşir, şairanələşir, fərqli buludlara, rənglərə bürünür.
“İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir.
Yeriməyə başlayan fikirləri yollarından döndərmək mümkün deyil.
Deyirlər ki, eşq birinə səni yox etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə etimaddır.
Kədərdə gizli bir şəfqət var. Şikayət etməyənlərə, onu gülər üzlə qarşılayanlara qarşı daha az zalım olur.
İnsan yaşadığı insanlara görünməz incə tellərlə bağlanırmış. Ayrılıq vaxtı bu bağlar gərilməyə, qopan kaman telləri kimi ağrılı səslər çıxarmağa başlayır. Hər insan çıxdığı qəlbə ayrı bir ağrı qoyub gedirmiş. Bunu yazan şair nə qədər haqlıymış!
#menbeli
İrad tutmaqla nəsə
qazanmaq olmaz - ən çox da bu
iradın səbəblərini açıqlaya
bilməyəndə...
#FransKafka
1.Bəzən mənəvi dəyərlərə
önəm verən az qala tək insan
olduğunu görəndə onlara
tüpürmək istəyirsən, ona görə
yox ki, əqidən belədir, ya da bunu
ləzzət almaq üçün edirsən,
sadəcə, ona görə ki, iblisin hər
yerdə özünü evindəki kimi hiss
etdiyi cəhənnəmdə mələk olmaq
adama ağır gəlir.
#MartinPaj
2.Misal üçün, qarışqa
yuvasındakı daxili nizam-intizam
bizim cəmiyyətindəkin dən qat-
qat səmərəlidir, ancaq heç bir
qarışqa Sorbonnoda kafedra
müdiri deyil.
#MartinPaj
3.O artıq dəfələrlə əmin
olmuşdu ki, "intellekt" sözü daim
tam cəfəngiyyatı gözəl və dürüst
ifadə edib inandırıcı şəkildə
təqdim etmək bacarığıdır, insan
ağlı isə öz yolunu o qədər azıb ki,
bəzən qatı intellektual
olmaqdansa, debil olmaq
yaxşıdır.
Ağıl öz sahibinə bədbəxt, tənha
və yoxsul edir.
#MartinPaj
Elə yerlər var ki, orda
yaxşı doğulmaq xoşbəxtlikdir -
bəzi bitkilər üçün xüsusi
torpaq lazım olduğu kimi, çünki
başqasına çətinliklə öyrəşirlər.
#QustavFlober
Mənim ailə haqqında öz nəzəriyyəm var. Evlənəndən sonra iki həftə lazımdır, dəqiq bilsin ki, bu izdivac alınacaq, ya yox. Qəribə olan odur ki, bir çox insan evliliyinin ilk iki həftəsində hər şeyi anlamasına baxmayaraq, illərlə özünü yalançı ümidlərlə aldadır.
-Xalid Hüseyni
Adamlar həmişə belə deyir: “Məntiqsiz zorakılıq”. “Məntiqsiz qətl”. Güya qətlin məntiqlisi də olur.
-Xalid Hüseyni
Müharibəyə həqiqətən nifrət edənlər, həqiqətən vuruşanlardır.
-Kurt Vonnequt
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.
-İsmayıl Şıxlı
-Əhməd Batman
Bu günlərdə içində sən olan bütün dünənlər üçün darıxdım, amma sənin üçün heç darıxmadım. Mən sadəcə yaşadıqlarımızı sevdim. Sən mənim “puzzle”ım idin, tamamladım səni bitdin, sıran gəldi getdin.
-Əhməd Batman